Ermənistan parlamenti qalmaqallı telefon danışığı ilə bağlı komissiya yaradıb

Region
  • 13 sentyabr, 2018
  • 10:55
Ermənistan parlamenti qalmaqallı telefon danışığı ilə bağlı komissiya yaradıb

Bakı. 13 sentyabr. REPORT.AZ/ Ermənistan milli təhlükəsizlik xidmətinin direktoru Artur Vanetsyanla xüsusi istintaq xidmətinin başçısı Sasun Xaçatryan arasında telefon danışığının dinlənilməsi ilə bağlı parlamentdə xüsusi istintaq komissiyası yaradılıb.

“Report” xəbər verir ki, bu məlumatı Ermənistan KİV-i yayıb.

Bildirilib ki, komissiya 11 nəfərdən ibarət olacaq: “5 yer Ermənistan Respublikaçılar Partiyasına (sədri Serj Sarqsyandır - “Report”), 3 yer “Çıxış” fraksiyasına (sədri Nikol Paşinyan olub - “Report”), iki yer “Tsarukyan blokuna, bir yer isə Daşnaksütyun Partiyasına ayrılıb”, - Ermənistan parlamentinin sədri Ara Babloyan vurğulayıb. 

44 filmi