Ermənistan parlamentinin növbədənkənar iclası olacaq

Region
  • 21 may, 2019
  • 08:32
Ermənistan parlamentinin növbədənkənar iclası olacaq

Ermənistan parlamentinin mayın 22-də növbədənkənar iclası keçiriləcək.

“Report” xəbər verir ki, bunu “News.am”a müxalifətdə olan İşıqlı Ermənistan Partiyasının mətbuat katibi Aren Petuns bildirib.

Bildirilib ki, partiyanın 18 deputatının təşəbbüsünə milyader-deputat Qaqik Sarukyanın Çiçəklənən Ermənistan Partiyasının parlamentdəki “Sarukyan” fraksiyasının deputatları da qoşulub.

Deputatlar Ermənistanın baş naziri Nikol Paşinyanın çağırışı ilə məhkəmə binalarına giriş-çıxışın bağlanması məsələsini müzakirə edəcək.

Qeyd edək ki, mayın 19-da Nikol Paşinyan mayın 20-də ölkədəki bütün məhkəmələrin binasına giriş-çıxışın bağlanması ilə bağlı müraciət etmişdi. Mayın 20-də tərəfdarları onun çağırışını yerinə yetirmişdi. Bu aksiya mayın 17-də Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın zaminə buraxılmasına etiraz tədbir kimi də dəyərləndirilir.