Ermənistan ordusunun hərbçisi yol qəzasında ölüb
Region
- 31 oktyabr, 2017
- 05:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 31 oktyabr. REPORT.AZ/ Ermənistan ordusunda müqavilə əsasında xidmət edən Norayr Ovanisyan və atası Serjik Ovensiyan yol qəzasında ölüb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə Sünik rayonunun Noravan kəndi ərazisində, Sisian-Şamb avtomobil yolunun 18-ci kilometrliyində baş verib.
Belə ki, “VAZ-2106” ilə “UAZ” markalı avtomobil toqquşub. Nəticədə Ermənistan ordusunun hərbçisi və atası ölüb. Hadisə ailə üzvləri toydan qayıdarkən baş verib. Avtomobildə hərbçinin anası, həyat yoldaş və 3 yaşlı uşağı da olub. Onlar xəsarət almayıblar.
Qeyd edək ki, hadisə oktyabrın 28-də qeydə alınsa da, bununla bağlı məlumat oktyabrın 31-də yayılıb.
Son xəbərlər
04:39
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün öz işinə başlayır
Region
04:08
Böyük Britaniyada təxminən 20 000 əcnəbi cinayətkarı deportasiya gözləyir
Digər ölkələr
03:49
Serbiya parlamentinin sədri "Tələbə Siyahısı" hərəkatı nümayəndələrini dialoqa çağırıb
Digər ölkələr
03:27
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
Digər ölkələr
03:20
Rubio: ABŞ-İran danışıqlarında irəliləyiş yoxdur
Digər ölkələr
02:57
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
Digər ölkələr
02:23
"Barselona" La Liqanın XII turunda "Atletiko"nu məğlub edib
Futbol
01:44
Tramp: İrana silah tədarükünü bloklamaq üçün "Iron Gate" İşçi Qrupu yaradılıb
Digər ölkələr
01:22
Almaniyada 800 illik qəsr 1 avroya satışa çıxarılıb
Digər ölkələr