Ermənistan Britaniya ilə strateji tərəfdaşlığa keçidi müzakirə edir

Region
  • 18 dekabr, 2025
  • 15:08
Ermənistan Britaniya ilə strateji tərəfdaşlığa keçidi müzakirə edir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Londonda Böyük Britaniyanın Baş naziri Kir Starmerin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Conatan Pauellə görüşündə ikitərəfli əlaqələrin genişləndirilməsini müzakirə edib.

"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, tərəflər Ermənistanla Böyük Britaniya arasındakı əlaqələrin dinamik inkişafını yüksək qiymətləndirib və onların strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinə hazırlığı təsdiq ediblər.

Qriqoryan və Pauell gündəlikdəki bir sıra mühüm məsələlərə toxunub, gələcək əməkdaşlığın istiqamətlərini müəyyən ediblər.

Britaniya tərəfi Azərbaycan və Ermənistan arasında Vaşinqtonda əldə edilmiş razılaşmaları alqışlayıb və bunların Bakı ilə İrəvan arasında münasibətlərin tam normallaşması yolunda mühüm addımlar olduğunu vurğulayıb.

Qriqoryan bölgədə bərqərar olmuş sülhün institusionallaşdırılmasının vacibliyini diqqətə çatdırıb.

Son xəbərlər

Bütün Xəbər Lenti