Ermənistan baş nazirinin ABŞ-a səfərinin təxirə salınmasının səbəbi məlum olub
- 20 sentyabr, 2018
- 10:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 sentyabr. REPORT.AZ/ Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-a səfərinin təxirə salınmasının səbəbi məlum olub.
“Report” xəbər verir ki, bu barədə “168 jam” qəzeti məlumat yayıb.
“Ermənistan tərəfinin xahiş etdiyi görüşdən Donald Tramp imtina edib. Bundan sonra onlar ABŞ-ın vitse-prezidenti Maykl Penslə Nikol Paşinyanın görüşünü təşkil etməyə cəhd göstəriblər. O da Ermnənistanın hökumət başçısı ilə görüşdən imtina edib”, - nəşr vurğulayıb.
Məqalədə qeyd edilib ki, rəsmi Yerevanın son ümidi Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə görüşünün təşkilidir.
Xatırladaq ki, onun ABŞ-a səfəri və görüşlər sentyabrın 21-22-nə nəzərdə tutulmuşdu. ABŞ liderlərinin imtinasından sonra Nikol Paşinyan bildirib ki, sentyabrın 23-də Yerevan şəhər Ağsaqqallar Şurasına keçiriləcək seçkilərə görə səfərini təxirə salıb.