​Ermənistan Avrasiya İttifaqının tamhüququlu üzvü olub

Region
  • 02 yanvar, 2015
  • 08:24
​Ermənistan Avrasiya İttifaqının tamhüququlu üzvü olub

Bakı. 2 yanvar. REPORT.AZ/ Ermənistan bu gündən rəsmi olaraq Avrasiya İqtisadi İttifaqına qoşulub.

"Report"un "Tert" agentliyinə istinadən verdiyi məlumata görə, Ermənistan ilin sonunadək təşkilatın icraiyyə orqanlarında məhdudlaşdırlmış heyəti ilə təmsil olunacaq.

Ermənistanın ittifaqa qoşulması ilə bağlı sənəd 2014-cü ilin oktyabrında imzalanıb.