Erməni müxalif lider fövqəladə vəziyyətin uzadılmasını qanunsuz sayır

Region
  • 14 may, 2020
  • 11:55
Erməni müxalif lider fövqəladə vəziyyətin uzadılmasını qanunsuz sayır
Edmon Marukyan

"Ermənistanda fövqəladə vəziyyət rejiminin uzadılması qanunaziddir və siyasi məqsəd daşıyır".

“Report” “Aysor”a istinadən xəbər verir ki, bunu "İşıqlı Ermənistan" parlament fraksiyasının lideri Edmon Marukyan “Facebook” səhifəsində yazıb.

O bildirib ki, Ermənistan konstitusiyasının “Fövqəladə vəziyyət rejimi haqqında” 5-ci maddəsinə əsasən, bu rejim 30 gündən, əlahiddə yerlərdə 60 gündən artıq ola bilməz.

Müxalifət lideri deyib ki, müddət başa çatandan sonra fövqəladə vəziyyət rejimi dayandırılmalıdır.

Qeyd edək ki, Ermənistanda fövqəladə vəziyyət rejimi mayın 14-də başa çatırdı. Ermənistan hökuməti mayın 13-də rejimin daha 30 gün, iyunun 13-dək uzadılması barədə qərar qəbul edib.