Ərdoğan: Rusiya ilə Ukraynanın yaxın müddətdə ortaq məxrəcə gələcəyinə ümid edirəm

Region
  • 31 oktyabr, 2025
  • 18:49
Ərdoğan: Rusiya ilə Ukraynanın yaxın müddətdə ortaq məxrəcə gələcəyinə ümid edirəm

Türkiyə Prezidentin Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Ukraynanın yaxın müddətdə ortaq məxrəcə gələcəyinə inandığını bildirib.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu İstanbulda "Qlobal Yenidənqurma: Köhnə Nizamdan Yeni Reallıqlara" mövzusunda keçirilən IX TRT World Forumunun açılış mərasimində deyib.

O bildirib ki, Türkiyə artıq dörd ildir davam edən Rusiya-Ukrayna müharibəsinin ədalətli və daimi sülh yolu ilə həlli üçün məsuliyyəti öz üzərimizə götürüb:

"Həm Rusiya lideri Vladimir Putin, həm də ukraynalı həmkarım Volodimir Zelenski ilə görüşlərimizdə biz atəşkəs və daha sonra davamlı sülh üçün hər cür dəstəyi vermək əzmində olduğumuzu bildirdik. Ümid edirəm ki, yaxın gələcəkdə tərəflər arasında kompromis tapılacaq, iki qonşu xalqın yenidən sülh şəraitində yaşamasına yol açılacaq. Türkiyə bunun üçün əlindən gələn hər şeyi edəcək".

Son xəbərlər

Bütün Xəbər Lenti