Ərdoğan: "Xəstəxanalarımız Klivlend xəstəxanasından daha yaxşı vəziyyətdədir”

Region
  • 14 aprel, 2023
  • 11:41
Ərdoğan: Xəstəxanalarımız Klivlend xəstəxanasından daha yaxşı vəziyyətdədir”
Rəcəb Tayyib Ərdoğan

“İndi bizim xəstəxanalarımız Klivlend xəstəxanasından daha yaxşı vəziyyətdədir”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, vətəndaşların xəstəxanalarda rahat müayinə və müalicə olunmaları üçün bütün şərait yaradılıb: “Şəhər xəstəxanalarının durumu əvvəl belə deyildi. İndi isə vəziyyət dəyişib. Bu gün biz dünyanın ən məşhur klinikaları ilə yarışırıq. Şəhər xəstəxanalarımızın sayı bundan sonra da artırılacaq”.

Ərdoğan həmçinin qeyd edib ki, zəlzələ nəticəsində fəsadlar yaranmış ərazilərdə yenidənqurma işləri davam edir: “Mən vətəndaşlarımızdan 1 il vaxt istəmişəm. İnşallah, 1 il sonra bütün mənzillər vətəndaşlarımıza təhvil veriləcək”.