Ərdoğan və Zelenski arasında telefon danışığı olub
Region
- 11 iyul, 2022
- 15:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğan ilə Volodimir Zelenski arasında telefon danışığı olub.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, danışıq zamanı Ukrayna-Rusiya müharibəsi və Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz dəhlizlərin yaradılması ilə bağlı məsələlər müzakirə olunub.
Ərdoğan Ukraynanın taxıl məhsullarının dünya bazarına çıxarılması üçün BMT-nin hazırladığı plan üzərində işləməyə davam etdiklərini bildirib.
Ukrayna ilə Rusiya arasında danışıqlar masasının açıq saxlanılmasının lazım olduğunu bildirən Ərdoğan İstanbul prosesində asanlaşdırma və vasitəçilik də daxil olmaqla, hər cür dəstəyi təqdim etməyə hazır olduqlarını vurğulayıb.
Son xəbərlər
07:42
Türk İnvestisiya Fondu: Türk dünyasında iqtisadi əməkdaşlığı inkişaf etdirməyə sadiqik
Biznes07:19
"Yonhap": Şimali Koreya Şərq dənizi istiqamətində raket buraxıb - YENİLƏNİB
Digər ölkələr06:51
Türkiyədə 31 milyard lirədən çox vergi fırıldağı üzə çıxarılıb, 52 nəfər saxlanılıb
Region06:25
İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib
Region05:59
Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq
Energetika05:26
İki İran vətəndaşı Mançesterdə terror aktı planlaşdırmaqda ittiham olunur
Digər ölkələr04:57
Arda Güler İtaliya ilə matçda oynamayacaq
Futbol04:24
UKMTO: Oman sahillərində neft tankerinə hücum edilib
Digər ölkələr03:46