Ərdoğan və Merts Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər - YENİLƏNİB
- 30 oktyabr, 2025
- 17:08
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Almaniya Kansleri Fridrix Mertslə Rusiya-Ukrayna müharibəsi ətrafında müzakirələr aparıblar.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Almaniya Kansleri ilə birlikdə mətbuata bəyanatında deyib.
"Biz müharibənin ədalətli və qalıcı həlli yolunda diplomatik səylərimizin davam etdirilməsinin əhəmiyyətini qeyd etdik", - Türkiyə lideri bildirib.
Ərdoğan Almaniyanın Suriya məsələsində Türkiyə ilə koordinasiyalı şəkildə işləməyə hazır olduğunu da qeyd edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Fridrix Merts Ankarada qapalı formatda danışıqlara başlayıblar.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezident administrasiyasının məlumatında bildirilib.
Bu, F.Mertsin kansler qismində Türkiyəyə ilk səfəridir.
Almaniya Kansleri daha əvvəl bildirib ki, iki ölkə arasında təkcə xarici siyasət və təhlükəsizlik məsələlərini deyil, həm də miqrasiya, energetika və ticarət məsələlərini əhatə edən xüsusi və çoxtərəfli münasibətlər var.