Ərdoğan və Bayden NATO sammiti çərçivəsində danışıqlar apara bilər

Region
  • 12 iyun, 2023
  • 09:31
Ərdoğan və Bayden NATO sammiti çərçivəsində danışıqlar apara bilər

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Cozef Bayden NATO-nun Vilnüsdə iyunun 12-də başa çatacaq sammiti çərçivəsində danışıqlar apara bilərlər.

“Report”un xəbərinə görə, bu barədə “Milliyet” qəzeti mənbələrə istinadən məlumat verib.

“Ərdoğan NATO-nun Litvada keçirilən sammitində bir çox ölkənin liderləri ilə ikitərəfli görüşlər keçirəcək. Sammit çərçivəsində Ərdoğanın Baydenlə də danışıqlar aparacağı gözlənilir”, - nəşr qeyd edib.