Ərdoğan Uşaq Bayramında zəlzələ qurbanları ilə görüşüb
- 23 aprel, 2023
- 12:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramında zəlzələ qurbanları olan uşaqlarla görüşüb.
"Report" xəbər verir ki, bu barədə Türkiyə lideri tviterdə paylaşım edib.
Dolmabahçe sarayında baş tutan görüşdə Ərdoğan bildirib: “Cümhuriyyətimizin yeni əsrini Türkiyə əsri etməklə zəlzələ şəhidlərimizə və onların yadigarlarına olan sədaqətimizin əvəzini verə biləcəyimizə inanıram. Elm və dəyərlərimiz işığında özünüzü ən yaxşı şəkildə yetişdirərək millətimizin sizə olan inamını gücləndirmənizi istəyirəm".
Qeyd edək ki, Milli Suverenlik və Uşaq Bayramı 1920-ci ildən qeyd edilir.
Coşkuyla kutladığımız #23Nisan Ulusal Egemenlik ve Çocuk Bayramı vesilesiyle bugünkü Cumhurbaşkanlığı Kabinesi Toplantımızı güzel yavrularımızla birlikte gerçekleştirdik.
— Recep Tayyip Erdoğan (@RTErdogan) April 23, 2023
İyi bayramlar çocuklar. pic.twitter.com/vaxfiVK7G4