Ərdoğan: Türkiyə Rusiya-Ukrayna müharibəsinin həllinə töhfə verməyə hazırdır
Region
- 12 dekabr, 2025
- 09:44
Türkiyə İstanbul prosesi başda olmaqla Rusiya-Ukrayna müharibəsinin həllinə töhfə verməyə hazırdır.
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda keçirilən Beynəlxalq Sülh və Təhlükəsizlik Forumunda deyib.
"Sülh və təhlükəsizlik üçün əlimizi daşın altına qoymalıyıq. Qonşularla yaxşı münasibət yaratmaq üçün çevrəmizdə bir sülh çəmbəri yaratmaq niyyətindəyik. İstanbul prosesi başda olmaqla Rusiya-Ukrayna müharibəsinin həllinə töhfə verməyə hazırıq. Qəzza məsələsində isə ikidövlətli həll yolunun tərəfdarıyıq", - o əlavə edib.
Türkiyə Prezidenti vurğulayıb ki, ölkəsi bu gün ədalətli, tərəfsiz yanaşması ilə vasitəçilik missiyasını icra etmək baxımından dünyanın aparıcı dövlətləri sırasında dayanır.
Son xəbərlər
02:38
ABŞ Karib regionuna daha bir qrup qırıcı təyyarə göndərir
Digər ölkələr02:18
Britaniya və Belçikanın baş nazirləri hazırkı dövrü Ukrayna üçün dönüş nöqtəsi elan ediblər
Digər ölkələr01:45
Suriyada toyda qumbaraların partladılması nəticəsində onlarla insan yaralanıb
Digər ölkələr01:25
ABŞ Braziliya Ali Məhkəməsinin hakiminə qarşı sanksiyaları ləğv edib
Digər ölkələr00:49
Koşta: Rusiyanın Aİ-dəki səhmləri Ukraynaya təzminat verilənə qədər bloklanacaq
Digər ölkələr00:31
Foto
Video
Qərbi Azərbaycan Xronikası: Polad camaatı kənddə 16-cı əsrin əvvəllərindən yaşayır
Daxili siyasət00:14
Tramp: Tailand və Kambocanın liderləri döyüşləri dayandırmağa razılaşıblar
Digər ölkələr23:58
Putin İraq Prezidentini Rusiyaya dəvət edib
Digər ölkələr23:43