Ərdoğan: Türkiyə hərbi təyyarəsinin qəza səbəbi hərtərəfli araşdırılır

Region
  • 19 noyabr, 2025
  • 13:40
Ərdoğan: Türkiyə hərbi təyyarəsinin qəza səbəbi hərtərəfli araşdırılır

Türkiyə Hərbi Hava Qüvvələrinin "C-130" hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğramasının səbəbini müəyyənləşdirmək üçün hərtərəfli araşdırma aparılır.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) hakim partiyanın parlament fraksiyasının iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, təyyarənin qəzaya düşmə səbəbinə dair araşdırmalar davam edir:

"Milli Müdafiə Nazirliyi araşdırmalar başa çatdıqdan sonra nəticələri ictimaiyyətə açıqlayacaq".

Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi təyyarə qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib.

Hadisə nəticəsində göyərtədə olan 20 Türkiyə hərbçisi şəhid olub.

Son xəbərlər

Bütün Xəbər Lenti