Ərdoğan Putinə S-500 raket komplekslərinin birgə istehsalını təklif edib

Region
  • 13 iyun, 2018
  • 22:28
Ərdoğan Putinə S-500 raket komplekslərinin birgə istehsalını təklif edib

Bakı. 14 iyun. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, o, rusiyalı həmkarı Vladimir Putinə iki ölkənin birlikdə S-500 zenit-raket kompleksi hazırlamasını təklif edib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə lideri "24 TV" telekanalına müsahibəsində deyib.

"Mən Putinə S-500-ləri birlikdə hazırlamağı təklif etdim", - deyə Ərdoğan bildirib. Türkiyə dövlətinin başçısı Rusiya prezidentinin cavabı barədə danışmayıb. Türkiyə rəhbəri həmçinin iki dövlət başçısı arasında bu mövzuda danışıqların nə vaxt olacağını da deməyib.

"Rusiya bizə S-400 zenit-raket kompleksləri üzrə əlverişli kredit şərtləri təqdim edib. İkinci və üçüncü mərhələlərdə kollektiv istehsala başlayacağıq. Həmçinin S-500-lərin də birgə istehsalı mümkündür", - deyə Ərdoğan bildirib.