Ərdoğan İraqın Baş naziri ilə regional məsələləri müzakirə edib
- 22 iyun, 2026
- 22:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Əli əl-Zeydi ilə telefon danışığı aparıb.
"Report" xəbər verir ki, bu barədə məlumat Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin "X" sosial şəbəkə hesabında paylaşılıb.
Məlumata görə, danışıq zamanı Türkiyə-İraq ikitərəfli münasibətləri, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan yeni dövrdə Türkiyə ilə İraq arasında əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib. O, xüsusilə enerji, müdafiə sənayesi və nəqliyyat sahələrində əməkdaşlıq potensialının böyük olduğunu vurğulayıb.
Türkiyə lideri geniş məsləhətləşmələrin aparılması məqsədilə Əli Zeydini Türkiyəyə səfərə dəvət edib.
Cumhurbaşkanımız Sayın Recep Tayyip Erdoğan, Irak Başbakanı Ali Zeydi ile bir telefon görüşmesi gerçekleştirdi.
— T.C. İletişim Başkanlığı (@iletisim) June 22, 2026
Görüşmede Türkiye-Irak ikili ilişkileri ile bölgesel ve küresel konular ele alındı.
Cumhurbaşkanı Erdoğan, yeni dönemde Türkiye ile Irak arasındaki ilişkileri daha da…