Ərdoğan AKP rəhbərliyinin yarısını dəyişdirəcək

Region
  • 07 avqust, 2018
  • 10:04
Ərdoğan AKP rəhbərliyinin yarısını dəyişdirəcək

Bakı. 7 avqust. REPORT.AZ/ “Növbəti qurultaydan sonra partiyanı idarə edənlərin yarısı yenilənəcək”.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Mahir Ünal bildirib.

O xatırladıb ki, sonuncu parlament seçkilərində AKP-ni Böyük Millət Məclisində təmsil edən deputatların da əksəriyyəti dəyişib.