Ərdoğan Ağ Evdə Trampla keçirəcəyi görüşün müzakirə mövzularını açıqlayıb

Region
  • 20 sentyabr, 2025
  • 01:51
Ərdoğan Ağ Evdə Trampla keçirəcəyi görüşün müzakirə mövzularını açıqlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla Ağ Evdə keçirəcəyi görüşdə müzakirə edəcəyi məsələləri açıqlayıb.

"Report" xəbər verir ki, Türkiyə lideri bu barədə"X"dəki hesabında yazıb.

"Dəyərli həmkarım və dostum, ABŞ Prezidenti Donald Trampla Ağ Evdə keçirəcəyimiz görüşdə geniş strateji əlaqələrimiz olan müttəfiqimiz ABŞ ilə ticarət, investisiya və müdafiə sənayesi başda olmaqla bir çox məsələləri müzakirə edəcəyik", - Ərdoğan yazıb.

Qeyd edək ki, görüş sentyabrın 25-də keçiriləcək.

Daha əvvəl Amerika lideri "Truth Social"da yazıb ki, Türkiyə Prezidenti ilə bir çox ticarət və hərbi əməliyyatlar, o cümlədən "Boeing" təyyarələrinin geniş miqyasda alınması, böyük F-16 müqaviləsi və F-35 təyyarələri üzrə danışıqların davam etdirilməsi üzərində işləyir və bunun müsbət nəticələnəcəyini gözləyir.

Son xəbərlər

Bütün Xəbər Lenti