Ərdoğan ABŞ və İsrailin İrana hücumu ilə yanaşı, Tehranın körfəz ölkələrinə zərbələrini də pisləyib
- 28 fevral, 2026
- 23:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyə ABŞ və İsrailin son hücumlarını İranın suverenliyinin pozulması hesab edir.
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" sosial media hesabında etdiyi paylaşımda qeyd edib.
Ərdoğan İranın Fars körfəzi ölkələrinə raket və dron hücumlarını da qəbuledilməz adlandırıb: "Problem diplomatik yolla həll olunmasa, region od çənbərinə çevriləcək. Buna icazə verilməməlidir".
Ərdoğan bölgədəki gərginliyə rəğmən, Türkiyənin sərhəd təhlükəsizliyi və hava məkanının müdafiəsində problemlərin olmadığını qeyd edib. "Ordumuz, polisimiz və kəşfiyyatımız ən yüksək səviyyədə tədbirlər görür", - o bildirib.
Xatırladaq ki, ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti olaraq bağlayıb.
Daha əvvəl bildirilib ki, BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb. Görüşün Bakı vaxtı ilə saat 01:00-da başlanması gözlənilir.
Türkiye olarak bu mübarek günlerde bölgemizde ve İslam dünyasında huzur, barış ve istikrar ortamının hâkim olması için çalışırken Netanyahu’nun kışkırtmalarıyla komşumuz İran’a yönelik başlayan Amerika-İsrail saldırılarından derin üzüntü ve endişe duyuyoruz.
— Recep Tayyip Erdoğan (@RTErdogan) February 28, 2026
Sayın Trump ve…