Ərdoğan ABŞ-la strateji tərəfdaşlığın möhkəmlənəcəyinə ümid bəsləyir

Region
  • 20 sentyabr, 2018
  • 00:57
Ərdoğan ABŞ-la strateji tərəfdaşlığın möhkəmlənəcəyinə ümid bəsləyir

Bakı. 20 sentyabr. REPORT.AZ/ Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara ikitərəfli münasibətlərdə böhran olmasına baxmayaraq, investisiya və ticarət sayəsində ABŞ-la strateji tərəfdaşlığın möhkəmlənəcəyinə ümid bəsləyir.

"Report" NTV telekanalına istinadən xəbər verir ki, Ərdoğanın sözlərinə görə, siyasi fikir ayrılığını iqtisadiyyat ilə qarışdırmaq düzgün deyil.

O əlavə edib ki, Türkiyə ABŞ-la aralarında olan problemlərinin işgüzar dairələrdə öz əksini tapmasını istəmir və biznesin zərər çəkməməsi üçün zəruri tədbirlər görəcək.

"Bizim ABŞ ilə strateji tərəfdaşlığımız investisiya və ticarət sayəsində möhkəmlənməlidir", - deyə Ərdoğan Türkiyədəki Amerika şirkətlərinin nümayəndələri ilə görüşündə bildirib.