Ərdoğan: "28 may seçkisindən qalib çıxacağıq və tarixi uğur qazanacağıq"

Region
  • 15 may, 2023
  • 18:05
Ərdoğan: 28 may seçkisindən qalib çıxacağıq və tarixi uğur qazanacağıq

Mayın 14-də əldə etdiyimiz səs nisbətini artıraraq 28 may seçkisindən qalib çıxacağıq və tarixi uğur qazanacağıq.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdəki paylaşımında bildirib.

"Mayın 28-nə kimi dayanmadan, dincəlmədən sevimli millətimiz qarşısında məsuliyyətimizi yerinə yetirəcəyik", - Ərdoğan qeyd edib.

Türkiyə lideri bildirib ki, nəticədən asılı olmayaraq, 14 may seçkilərinin qalibi 85 milyon nəfərlə türk demokratiyası və türk milləti oldu.

"Mayın 14-də seçkiyə gedərək azad iradəsini əks etdirən bütün vətəndaşlarıma və xaricdəki 56 milyon insanımızın hər birinə dəyərli səslərinə və demokratiyaya verdiyi töhfələrə görə təşəkkür edirəm", - Ərdoğan vurğulayıb.

O, əlavə edib ki, Türkiyə göstərdiyi yetkinliklə dünyanın ən qabaqcıl demokratik mədəniyyətə malik ölkələrindən biri olduğunu göstərdi.

44 - Tezliklə