Əraqçi səudiyyəli həmkarı ilə regiondakı gərginliyi müzakirə edib

Region
  • 10 sentyabr, 2026
  • 23:30
Əraqçi səudiyyəli həmkarı ilə regiondakı gərginliyi müzakirə edib

İranın xarici işlər naziri Abbas Əraqçi ilə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Al Səud arasında telefon danışığı baş tutub.

"Report" xəbər verir ki, Əraqçi bu barədə "Telegram" kanalında məlumat yayıb.

Məlumata görə, tərəflər telefon danışığı zamanı regionda baş verən son prosesləri müzakirə ediblər.

Nazirlər həmçinin regionda gərginliyin artması və təhlükəsizlik vəziyyətinin pisləşməsinə toxunaraq gərginliyin daha da genişlənməsinin qarşısını almaq, eləcə də regionda sabitlik və təhlükəsizliyi bərpa etmək məqsədilə əməkdaşlığın və diplomatik səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.