Əraqçi: Hörmüz boğazında naviqasiya qaydaları müharibədən sonra dəyişdiriləcək

Region
  • 18 mart, 2026
  • 10:18
Əraqçi: Hörmüz boğazında naviqasiya qaydaları müharibədən sonra dəyişdiriləcək

İran ABŞ və İsraillə müharibə başa çatdıqdan sonra Hörmüz boğazından gəmilərin keçidi üçün yeni qaydalar hazırlamaq niyyətindədir.

"Report"un məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazeera"yə müsahibəsində bildirib.

"Mənim fikrimcə, müharibə başa çatdıqdan sonra Hörmüz boğazı və gəmilərin oradan keçid qaydası üçün yeni tənzimləmə mexanizmləri işlənib hazırlanmalıdır ki, bu akvatoriyada daimi əsasda - aydın qaydalar əsasında, İranın və bütün regionun maraqları nəzərə alınmaqla təhlükəsiz gəmiçilik təmin olunsun", - o deyib.

A.Əraqçinin sözlərinə görə, boğazda təhlükəsizliyin qarantları onun hər iki tərəfində yerləşən ölkələr - İran, Oman və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olmalıdır.

O həmçinin qeyd edib ki, İran qonşu ölkələrdəki mülki obyektlərə yox, ABŞ-nin hücumlarına cavab olaraq Yaxın Şərqdəki ABŞ bazalarına zərbələr endirir.