Əraqçi ABŞ-nin İranın siyasi sistemini sıradan çıxarmağa nail ola bilmədiyi qənaətindədir
Region
- 06 mart, 2026
- 02:10
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İranın xarici işlər naziri Abbas Əraqçi "NBC" telekanalına müsahibəsində ABŞ-nin ölkəsinin siyasi sistemini sıradan çıxara bilmədiyini bəyan edib.
"Report"un məlumatına görə, xarici siyasət idarəsinin rəhbəri Vaşinqtonun öz əsas məqsədinə - sürətli qələbəyə nail ola bilmədiyini qeyd edib.
"Sistem işləyir, həlak olanların yerinə yeni komandanlar təyin edilib və tezliklə yeni ali lider olacaq. Hər şey qaydasındadır", - Əraqçi bildirib.
O, İranın 2025-ci ilin iyununda ABŞ və İsrailin hücumlarından "çoxlu dərslər çıxardığı" fikrini ifadə edib.
"İndi onlar "B planı"ndan danışırlar ki, mən bunun onlar üçün daha ciddi bir uğursuzluq olacağını düşünürəm", - Əraqçi əlavə edib.
Son xəbərlər
06:24
ABŞ-nin vitse-prezidenti məxfi UNO materiallarını öyrənmək niyyətindədir
Digər ölkələr
05:47
Vens: Tramp İranla uzunmüddətli müharibəyə yol verməyəcək
Digər ölkələr
05:18
"Binance" haker hücumundan sonra 2,5 milyard dollardan çox aktivi dondurub
Maliyyə
04:57
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
Futbol
04:34
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
Digər ölkələr
03:48
Venesuelaya yeni xarici işlər naziri təyin edilib
Digər ölkələr
03:27
Çexiyalı milyarder "Ray-Ban" holdinqi üçün 30 milyard avro təklif edib
Biznes
02:48
"Anthropic" ABŞ hökumətini geridə qoyaraq "SpaceX"in ən böyük müştərisi olub
Digər ölkələr
02:36
"Fars": İranın cənub-şərqində partlayışlar olub
Region