Əlcəzair və Niderlandın İrandakı səfirliklərinin əməkdaşları təxliyə olunublar

Region
  • 10 mart, 2026
  • 14:51
Əlcəzair və Niderlandın İrandakı səfirliklərinin əməkdaşları təxliyə olunublar

İranda yerləşən Əlcəzair və Niderland səfirliyinin nümayəndələri təxliyə olunublar.

"Report"un Cənub bürosunun məlumatına görə, Niderlandın 4 (səfir də daxil olmaqla), Əlcəzairin isə 25 səfirlik əməkdaşı sərhədi keçərək, "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə Azərbaycan ərazisinə daxil olublar.

Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.

Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.