Edvard Nalbandyan İrana səfərə gedəcək

Region
  • 04 iyun, 2016
  • 08:58
Edvard Nalbandyan İrana səfərə gedəcək

Bakı. 4 iyun. REPORT.AZ/ Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan iyunun 5-6-da Tehrana səfərə gedəcək.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, səfər İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin dəvəti ilə baş tutacaq.

Səfər zamanı E.Nalbandyan İranın rəhbər şəxsləri ilə görüşəcək.