Dünya Bankı: Türkiyə iqtisadiyyatı ilin sonunadək 8,5 % artacaq

Region
  • 07 oktyabr, 2021
  • 04:55
Dünya Bankı: Türkiyə iqtisadiyyatı ilin sonunadək 8,5 % artacaq

Dünya Bankı Türkiyə iqtisadiyyatının ilin sonunda artımı ilə bağlı proqnozunu açıqlayıb.

"Report"un Türkiyə bürosu xəbər verir ki, beynəlxalq maliyyə qurumu ölkə iqtisadiyyatının 2021-ci ilin sonunda 8,5 % artacağını proqnozlaşdırıb.

Qeyd edək ki, Dünya Bankının iyun ayındakı hesabatında isə Türkiyə iqtisadiyyatının 5 % artacağına dair proqnoz əksini tapmışdı.