Dövlət Departamenti: "Türkiyə bizim mühüm tərəfdaşımız olaraq qalır"

Region
  • 18 may, 2018
  • 01:21
Dövlət Departamenti: Türkiyə bizim mühüm tərəfdaşımız olaraq qalır

Bakı. 18 may. REPORT.AZ/ Türkiyənin Vaşinqtondakı səfirini geri çağırması Amerika-Türkiyə münasibətlərinin zəifləməsi anlamına gəlmir, Ankara əvvəlki kimi mühüm tərəfdaşımız olaraq qalır.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların Dövlət Departamentinin nümayəndəsi Hizer Noyert deyib.

"Türkiyənin öz səfirini geri çağırmasından məlumatlıyıq. Necə addım atmaq Türkiyənin haqqıdır. Hesab etmirəm ki, bu, bizim Türkiyə hökuməti ilə münasibətlərimizin zəifləməsi deməkdir. Onlar bizim NATO üzrə mühüm tərəfdaşımız olaraq qalırlar", - deyə o, brifinqdə bildirib.