ABŞ "AH-64E Apache" helikopterlərinin Polşaya satışını təsdiqləyib

Region
  • 21 avqust, 2023
  • 19:50
ABŞ AH-64E Apache helikopterlərinin Polşaya satışını təsdiqləyib

ABŞ "AH-64E Apache" helikopterlərinin və digər sistemlərin Polşaya satışına icazə verib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamenti bəyanat yayıb.

"Polşa hökumətinə təxminən 12 milyard dollar dəyərində "AH-64E Apache" helikopterlərinin və müvafiq avadanlıqların potensial satışını təsdiqləyirik”, - bəyanatda deyilir.

Sənədə görə, Polşa hakimiyyəti əvvəllər ABŞ-dən 96 belə helikopter, eləcə də müxtəlif ehtiyat hissələri istəyib.

44 - Tezliklə