Diyarbakırda 2 tondan çox marixuana müsadirə edilib, 3 nəfər saxlanılıb

Region
  • 09 oktyabr, 2026
  • 11:07
Diyarbakırda 2 tondan çox marixuana müsadirə edilib, 3 nəfər saxlanılıb

Türkiyənin Diyarbakır vilayətinin Bismil rayonunda keçirilən əməliyyat zamanı 2 ton 200 kiloqram marixuana müsadirə edilib.

"Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Qeyd olunub ki, əməliyyat narkotik vasitələrin istehsalı və ticarəti ilə məşğul olmaqda şübhəli bilinən şəxslərə qarşı kəşfiyyat məlumatları əsasında həyata keçirilib.

Əməliyyat nəticəsində 3 şübhəli saxlanılıb.