Dağıstanın cənubunda YPX postu yaxınlığında baş vermiş partlayış nəticəsində üç nəfər ölüb, beşi yaralanıb - YENİLƏNİB

Region
  • 15 fevral, 2016
  • 07:54
Dağıstanın cənubunda YPX postu yaxınlığında baş vermiş partlayış nəticəsində üç nəfər ölüb, beşi yaralanıb - YENİLƏNİB

Bakı. 15 fevral. REPORT.AZ/ Dağıstanın cənubunda, Dərbənd rayonunda Yol Patrul Xidməti postu yaxınlığında baş vermiş partlayış nəticəsində üç nəfər ölüb, beş nəfər yaralanıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, partlayış Dərbənd rayonunda YPX-nin Cəmikənd postu yaxınlığında, sənədlərin yoxlanılması üçün posta avtomobil yaxınlaşarkən baş verib.

***11:01 

Bu gün səhər saatlarında Dağıstanın cənubunda polis postu yaxınlığında "Qazel" avtomobili partlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, Dağıstan hüquq-mühafizə orqanlarındakı mənbənin ilkin məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Mənbənin sözlərinə görə, gecə elə bu post naməlum şəxslər tərəfindən atəşə tutulub və bir polis əməkdaşı yaralanıb.

44 - Tezliklə