Dağıstanda torpaq üstündə dava qanla bitib, ölən və yaralılar var

Region
  • 14 iyul, 2024
  • 16:45
Dağıstanda torpaq üstündə dava qanla bitib, ölən və yaralılar var

Dağıstanın Ağaçaul kəndində baş verən silahlı insident zamanı 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Dağıstan İstintaq Komitəsi məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, iyulun 13-də Ağçaul kəndinin kənarında torpaq mübahisəsi zəminində əvvəllər ədavət münasibətləri olan yerli sakinlər arasında dava düşüb.

Dava zamanı sakinlərdən biri qısa lüləli odlu silahdan azı 13 dəfə atəş açıb, nəticədə 1 nəfər ölüb, daha 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq tibb müəssisəsinə yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, atəş açan şəxs saxlanılıb.

44 - Tezliklə