Dağıstanda hökumət başçısı vəzifəsini icra edən Abdusamad Həmidov saxlanılıb

Region
  • 05 fevral, 2018
  • 08:01
Dağıstanda hökumət başçısı vəzifəsini icra edən Abdusamad Həmidov saxlanılıb
Елена Афонина/ТАСС

Bakı. 5 fevral. REPORT.AZ/ Dağıstanda hökumətinin başçısı vəzifəsini müvəqqəti icra edən Abdusamad Həmidov, eləcə də baş nazirin iki müavini saxlanılıb.

Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.

A.Həmidovun evində axtarışlar aparıldığı bildirilir.

Hazırda saxlanılan şəxslər Rusiya FTX-nin regional şöbəsindədirlər.

44 - Tezliklə