​Dağıstanda etiraz aksiyası sərt şəkildə dağıdılıb - VİDEO

Region
  • 11 avqust, 2015
  • 20:47
​Dağıstanda etiraz aksiyası sərt şəkildə dağıdılıb - VİDEO

Bakı. 12 Avqust. REPORT.AZ/ Dağıstanın Qorxmazqala kəndinin sakinləri quldurluqda şübhəli bilinən qəsəbə rəhbəri Rüstəm Akayevin həbsinə etiraz əlaməti olaraq "Qafqaz" federal trassının kəndin çıxışından keçən hissəsini bağlayıblar.

"Report" xəbər verir ki, hadisə yerinə silahlı qanun keşikçiləri cəlb edilib və etirazçılara qarşı güc tətbiq olunub.

Rüstəm Akayev avqustun 5-də yerli sakin Nabibullah Kadırovu döyərək qarət etməkdə şübhəli bilindiyi üçün saxlanılıb.

Aksiyanın dağıdılmasında "OMON"çular və yerli polis iştirak edib, lakin etirazçılardan heç kim bölməyə aparılmayıb.

​Dağıstanda etiraz aksiyası sərt şəkildə dağıdılıb - VİDEO

44 - Tezliklə