Con Kerri Moskvada Dağlıq Qarabağ məsələsinin həllini müzakirə edəcək

Region
  • 11 iyul, 2016
  • 18:34
Con Kerri Moskvada Dağlıq Qarabağ məsələsinin həllini müzakirə edəcək

Bakı. 11 iyul. REPORT.AZ/ ABŞ dövlət katibi Con Kerri iyulun 14-də Rusiyaya səfər edəcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.
"Con Kerri iyulun 14-də Moskvaya gələrək Rusiyanın yüksək vəzifəli nümayədələri ilə Suriya, Ukrayna, Dağlıq Qarabağ münaqişələrini və digər məsələləri müzakirə edəcək" – deyə Kirbi brifinqdə bildirib.

Qeyd edək ki, Ukraynanın xarici işlər naziri Pavel Klimkin də Kerrinin Rusiyaya səfər etməyi planlaşdırdığını bildirib.  

44 filmi