Çavuşoğlu: “Ukraynadan azərbaycanlıların da daxil olduğu daha 2 604 qardaşımız yola düşüb”

Region
  • 01 mart, 2022
  • 21:52
Çavuşoğlu: “Ukraynadan azərbaycanlıların da daxil olduğu daha 2 604 qardaşımız yola düşüb”

“Bu gün Kiyev, Xarkov, Odessa, Zaporojye, və Lvovdan can Azərbaycan vətəndaşlarının da daxil olduğu 2 604 qardaşımız yola düşüb. Beləliklə, təxliyə etdiyimiz vətəndaşların sayı 8 050 nəfərə çatıb”.

“Report” xəbər verir ki, bunları Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu özünün tviterdəki hesabında yazıb.

“Vətəndaşlarımızın təhlükəsiz təxliyəsi üçün planlarımız davam edir”, - Türkiyənin xarici siyasət idarəsinin rəhbəri sosial şəbəkə hesabında əlavə edib.