Çavuşoğlu: “Səfirliyi müvəqqəti olaraq Xartumdan Port-Sudana köçürəcəyik”

Region
  • 03 may, 2023
  • 08:38
Çavuşoğlu: “Səfirliyi müvəqqəti olaraq Xartumdan Port-Sudana köçürəcəyik”
Mövlud Çavuşoğlu

Türkiyə hakimiyyəti Sudanda davam edən toqquşmalar səbəbindən səfirliyin Xartumdan Port-Sudana köçürülməsi təklifini qəbul edib.

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində deyib.

"Sudan tərəfi bizə səfirliyi Xartumdan Port-Sudana köçürməyi təklif edib, orada bizə yer ayıracaqlar. Səfirliyimizin yerləşdiyi ərazidə şiddətli toqquşmalar, küçə döyüşləri gedir. Diplomatik nümayəndəliyi müvəqqəti Port-Sudana köçürmək qərarına gəlmişik”, - o deyib.