Çavuşoğlu ATƏT-in Baş katibi ilə Ukraynadakı prosesləri müzakirə edib

Region
  • 27 fevral, 2022
  • 13:48
Çavuşoğlu ATƏT-in Baş katibi ilə Ukraynadakı prosesləri müzakirə edib
Mövlud Çavuşoğlu və Helqa Maria Şmit

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə ATƏT-in Baş katibi Helqa Maria Şmit arasında telefon danışığı olub.

Bu barədə "Report"un yerli bürosuna Türkiyə XİN-dən məlumat verilib.

Məlumatda qeyd olunub ki, telefon danışığı zamanı Ukraynadakı proseslər, ölkədəki humanitar vəziyyətin yaxşılaşdırılması və atəşkəsin əldə olunması haqqında fikir mübadiləsi aparılıb.