Çavuşoğlu Abramoviçin Ukrayna-Rusiya danışıqlarındakı rolu ilə bağlı açıqlama verib

Region
  • 31 mart, 2022
  • 07:42
Çavuşoğlu Abramoviçin Ukrayna-Rusiya danışıqlarındakı rolu ilə bağlı açıqlama verib
Roman Abramoviç

“Əlbəttə, rəsmi görüşlər önəmlidir, xüsusilə kağız üzərində görüşlər önəmlidir. Liderlər arasında, ölkələr arasında müəyyən açıq kanallar var. Bu baxımdan Roman Abramoviçin faydalı rolu var. Rəsmi və qeyri-rəsmi kanalların olması təbii haldır”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin “Ahaber” telekanalının efirində söyləyib.

“Abramoviç səmimi şəkildə müharibənin dayandırılması üçün səy göstərir. O, Avropa İttifaqı və ABŞ-ın sanksiya siyahısına əlavə edilməyib. Bəli, Böyük Britaniya onun mülkləri ilə bağlı bəzi qərarlar verib, lakin o, sanksiya siyahısında yoxdur”, - XİN başçısı qeyd edib.

44 - Tezliklə