CAREC ölkələrinin nümayəndələri Gürcüstan-Azərbaycan sərhədindəki gömrük məntəqəsi ilə tanış olublar - FOTOLAR

Region
  • 27 mart, 2019
  • 17:04
CAREC ölkələrinin nümayəndələri Gürcüstan-Azərbaycan sərhədindəki gömrük məntəqəsi ilə tanış olublar - FOTOLAR

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq proqramına (CAREC) üzv ölkələrin nümayəndələri Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Sınıq Körpü” gömrük sərhəd buraxılış məntəqəsinə baş çəkiblər.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Nümayəndə heyəti Gəlirlər Xidməti əməkdaşlarının müşayiəti ilə məntəqədə fitosanitar, sanitariya və baytarlıq nəzarəti prosedurları ilə yaxından tanış olublar.

25-27 mart tarixində CAREC proqramı çərçivəsində “Ticarətin sadələşdiriməsində sanitar və fitosanitar tədbirlərin dəstəklənməsi” mövzusuna həsr olunmuş seminar keçirilib.

Tədbirdə Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Çin, Tacikistan, Türkmənistan və Özbəkistandan olan nümayəndələr iştirak ediblər. Seminarın keçirilməsində əsas məqsəd regionda ticarətin sadələşdirilməsi üzrə birgə konsepsiyanın hazırlanması və CAREC ölkələrini zərərvericilərin yayılmasından mühafizə etmək olub.

44 - Tezliklə