Camal Qaşıqçının ölümü ilə bağlı yoxa çıxmış avtomobil tapılıb

Region
  • 22 oktyabr, 2018
  • 13:11
Camal Qaşıqçının ölümü ilə bağlı yoxa çıxmış avtomobil tapılıb

Bakı. 22oktyabr. REPORT.AZ/Jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı yoxa çıxmış “Mercedes”markalı avtomobil tapılıb.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, avtomobilin sürücüsü Baş Konsulluqda vəzifə daşıyan Türkiyə vətəndaşıdır. 

Maşın C.Qaşıqçının itkin düşmüş sayıldığı günlərdə İstanbulun Sultanqazi rayonundakı avtomobil dayanacağında tapılıb.

Konsulluğa məxsus avtomobil olduğundan axtarış aparılmayıb.

Qeydedək ki, oktyabrın 2-də jurnalist Camal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbuldakıBaş Konsulluğunun binasında öldürülüb. Krallıq onun qətlə yetirildiyi ilə bağlıaçıqlama vermirdi. Ancaq oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq jurnalistin Konsulluğun binasında öldürüldüyünü etiraf edib. KralSalman və vəliəhd şahzadə Məhəmməd bin Salman Camal Qaşıqçının ailəsinə başsağlığı verib.

Məlumatagörə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 23-də CamalQaşıqçının qətli ilə bağlı bütün həqiqətləri açacağını bildirib. O, oktyabrın22-də bu məsələni ABŞ Prezidenti Donald Trampla müzakirəedib.

 

44 filmi