Bu gün Rusiya və İran xarici işlər nazirlərinin görüşü olacaq

Region
  • 20 yanvar, 2022
  • 09:18
Bu gün Rusiya və İran xarici işlər nazirlərinin görüşü olacaq

“Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrovla İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında görüş olacaq”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, nazirlər ikitərəfli qarşılıqlı əlaqələri müzakirə edəcəklər: “Həmçinin bir sıra aktual beynəlxalq mövzular, xüsusilə də İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpası üzrə Vyanada aparılan danışıqlar prosesi ətrafında yaranmış vəziyyət və ayrı-ayrı regional mövzular üzrə fikir mübadiləsi aparılacaq”.

Qeyd edək ki, görüş İran Prezidenti İbrahim Rəisinin Moskvaya səfəri çərçivəsində baş tutacaq. Dövlət başçısının Rusiyaya rəsmi səfəri yanvarın 19-da başlayıb.

44 filmi