Bu gün Ermənistan müxalifəti Yerevanda növbəti mitinq keçirəcək

Region
  • 07 may, 2018
  • 06:51
Bu gün Ermənistan müxalifəti Yerevanda növbəti mitinq keçirəcək
AP Photo

Bakı. 7 may. REPORT.AZ/ Ermənistan müxalifəti mayın 7-də paytaxt Yerevanın “Respublika” meydanında növbəti mitinq keçirəcək.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu müxalifət lideri, baş nazir vəzifəsinə namizəd Nikol Paşinyan özünün “Facebook” səhifəsində yazıb.

Mitinqdə rok-müğənnisi, erməni əsilli ABŞ vətəndaşı Serj Tankyan da çıxış edəcək.

Qeyd edək ki, mayın 8-də Ermənistan parlamentində baş nazir vəzifəsinə növbədənkənar seçkinin ikinci turu keçiriləcək. Bu posta yeganə namizəd Nikol Paşinyandır.