Türkiyə dövlət başçısı: BMT TŞ-də müsəlman ölkəsi də olmalıdır

Region
  • 03 mart, 2025
  • 21:34
Türkiyə dövlət başçısı: BMT TŞ-də müsəlman ölkəsi də olmalıdır

BMT Təhlükəsiz Şurasında (TŞ) müsəlman ölkəsi də olmalıdır.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirlərlə iftar proqramında çıxışı zamanı deyib.

O bildirib ki, təşkilatda veto hüququna malik müsəlman ölkəsinin də təmsil olunmasına ehtiyac var: “Bu, zərurətdir”.

Ərdoğanın sözlərinə görə, müsəlmanlar dünya əhalisinin dördə birini təşkil edir: “Müsəlmanlar artıq qərar qəbul etmə prosesində iştirak etməlidirlər”.