BMT Baş Assambleyasının sessiyası təxirə salına bilər
- 14 may, 2020
- 13:31
Yeniliklərdən dərhal xəbərdar olun!
BMT Baş Assambleyasının bu il sentyabr ayının 15-də başlayacaq 75-ci sessiyası COVID-19 pandemiyası üzündən sual altındadır.
“Report” xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş “Paris Match”a müsahibəsində bildirib.
“Bütün dünyadan minlərlə nümayəndəni Nyu-Yorka toplaya biləcəyimiz ağlabatan deyil. Eyni zamanda rəqəmli texnologiyaların bizə açdığı müxtəlif variantlara nəzər salırıq”, - deyən baş katib qəti qərarın üzv ölkələri tərəfindən veriləcəyini qeyd edib.
Koronavirus pandemiyası səbəbindən əvvəlki kimi səyahət etmədiyini dilə gətirən A.Quterreş bildirib: “Bu pandemiya bizi səhiyyə problemlərini, həmçinin iqlim məsələsini də nəzərə almaqla cəmiyyəti, iqtisadiyyatı yenidən qurmağa vadar edəcək”.
Qeyd edək ki, BMT Baş Assambleyasının sessiyaları hər il sentyabr ayında keçirilir.