Qırğızıstanın müdafiə naziri: “Helikopter qəzası ilə bağlı cinayət işi açılıb” - YENİLƏNİB

Region
  • 17 yanvar, 2024
  • 07:59
Qırğızıstanın müdafiə naziri: “Helikopter qəzası ilə bağlı cinayət işi açılıb” - YENİLƏNİB

Mİ-8 hərbi helikopterinin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb.

“Report”un xəbərinə görə, bu barədə “Sputnik-Qırğızıstan”a açıqlamasında bu ölkənin müdafiə naziri Bakıtbek Bekbolotov bildirib.

Onun sözlərinə görə, fövqəladə hadisə nəticəsində ekipaj komandiri ölüb, daha 7 nəfər xəstəxanaya yerləşdirilib.

“Qəza təlim uçuşu zamanı baş verib. Mütəxəssislər qara qutunu götürüblər. Faktla bağlı cinayət işi açılıb”, - o əlavə edib.

10:16

Qırğızıstanın paytaxtı Bişkekdə hərbi helikopterin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Qırğızıstan KİV-ləri məlumat yayıb.

Qəza nəticəsində 7 nəfər yaralanıb.