Berezovets: "Ərdoğan Türkiyə ilə Ukrayna arasında gələcək onilliklərə uzanan əməkdaşlığın təməlini qoyub"

Region
  • 02 may, 2023
  • 10:15
Berezovets: Ərdoğan Türkiyə ilə Ukrayna arasında gələcək onilliklərə uzanan əməkdaşlığın təməlini qoyub

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Ukrayna arasında gələcək onilliklərə uzanacaq münbit əməkdaşlığın təməlini qoyub.

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynadan hərbi-siyasi şərhçi Taras Berezovets bildirib.

O bildirib ki, Türkiyə Prezidenti iki ölkə arasında əlaqələrinin inkişafına böyük töhfə verib:

"İki ölkə arasında hərbi sahədə əməkdaşlıq məhz onun sayəsində fəal şəkildə inkişaf etməyə başlayıb. Məsələn, əfsanəvi “Bayraktar” pilotsuz uçuş aparatları (PUA) həm 44 günlük İkinci Qarabağ müharibəsi, həm də Rusiya ilə Ukrayna arasında müharibə zamanı özünü yaxşı tərəfdən göstərib. Bu PUA-lar vasitəsilə Rusiya işğalçı qüvvələrinə qarşı ciddi zərbələr endirilib".

T. Berezovets qeyd edib ki, Ərdoğan iki ölkə arasında ticarət əlaqələrinin inkişafına, Türkiyə ilə Ukrayna arasında iqtisadiyyat sahəsində müxtəlif proqramların həyata keçirilməsinə yardım göstərib:

"Ümumiyyətlə, Rusiyanın təzyiqlərinə, Putinin az qala Türkiyəni strateji tərəfdaş adlandırmasına baxmayaraq, Türkiyə Prezidenti üçün Ukrayna ilə əlaqələrin inkişafı vacibdir və o, öz addımları ilə bunu göstərib. Üstəlik, Ərdoğan ilk növbədə Krım daxil olmaqla, Rusiyanın Ukrayna ərazilərini qeyri-qanuni olaraq ilhaq etməsini tanımır", - deyərək, o əlavə edib.

44 filmi