Belarusun nəqliyyat və kommunikasiya naziri 47 yaşında qəflətən vəfat edib
Region
- 05 iyul, 2023
- 07:23
Belarusun nəqliyyat və kommunikasiya naziri Aleksey Avramenko 47 yaşında qəflətən vəfat edib.
“Report” xəbər verir ki, məlumatı “BelTA” yayıb.
Onun ölümünün səbəbi açıqlanmayıb.
Qeyd edək ki, A.Avramenko 1977-ci ildə Minskdə anadan olub. 1999-cu ildə Belarus Dövlət Politexnik Akademiyasını, 2010-cu ildə Belarus Prezidenti yanında İdarəetmə Akademiyasını bitirib.
2006-cı ildən Belarus hökumətində işləyir. 2019-cu ildə Prezident Aleksandr Lukaşenko onu nəqliyyat və kommunikasiya naziri təyin edib.
Xatırladaq ki, bu, son bir ildə Belarus hökumətində ikinci qəfil ölüm hadisəsidir. 2022-ci ilin noyabrında ölkənin xarici işlər naziri Vladimir Makey 64 yaşında qəflətən vəfat etmişdi.
Son xəbərlər
01:13
Aleksandar Vuçiç vəzifəsindən istefa verəcəyi dəqiq tarixi açıqlayıb
Digər ölkələr00:42
Komorun Sərhəd Xidməti 116 qanunsuz miqrantı daşıyan gəmini saxlayıb
Digər ölkələr00:14
Ermənistanın Qarabağ reaksiyası sülh prosesində etimad problemini aktuallaşdırıb - ŞƏRH
Analitika00:00
Azərbaycanda Bilik Günüdür
Elm və təhsil00:00
Bakının erməni-bolşevik işğalından azad olunmasından 108 il ötür
Daxili siyasət23:46
SEPAH: Hörmüz boğazında neft tankeri partlayıb
Region23:33
AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir
Digər ölkələr23:16
Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyat zamanı 1 613 şübhəli saxlanılıb
Region22:59
Foto