Belarus ordusu Ukrayna ilə sərhəddə təlimləri davam etdirir
- 04 avqust, 2022
- 06:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Belarus ordusu Ukrayna ilə sərhəddə təlimləri davam etdirir.
“Report” xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələri feysbuk səhifəsində yayıb.
“Belarusun Silahlı Qüvvələri Volınsk və Polessk (Ukraynanın Belarusla sərhəd əraziləri-red.) istiqamətlərində Brest və Qomelsk (Belarusun sərhəd zonaları-red.) vilayətlərində Belarus-Ukrayna sərhədində mühafizənin gücləndirilməsi üzrə tapşırıqları yerinə yetirirlər”, - Ukrayna Silahlı Qüvvələrindən bildirilib.
Qeyd olunub ki, real döyüş təcrübəsi olmadığı üçün Belarus ordusu hələ də genişmiqyaslı hücum əməliyyatlarına hazır deyil, ona görə də onlar müdafiə əməliyyatlarına daha çox hazırlaşır.
Bildirilib ki, Belarusun Ukraynaya müdaxilə edəcəyi halda Rovensk vilayəti əhalisinin təxliyəsinə dair plan hazırlanır.
Belarus Müdafiə Nazirliyi xüsusi təyinatlıların 14 həftədir davam edən hərbi təlimlərinin avqustun 6-da başa çatacağını açıqlayıb.
Bir müddət əvvəl Belarusun Ukrayna ilə sərhəddə radioelektron kompleks quraşdırdığı barədə məlumat yayılmışdı.